Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulub Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulub
  • Mahal
  • 11 Aprel 2021 12:33
  •  6 497

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri X.Nətavanın qəbrini ziyarət ediblər - YENİLƏNİB

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Ağdama səfərləri davam edir.

AzNews.az xəbər verir ki, Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

AzNews.az xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər.

**

saat 11.23

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

Səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulur.(Apa)

AzNews.az