açın rayon ərazisində yerləşən qədim alban məbədində Pasxa bayramı qeyd olunacaq açın rayon ərazisində yerləşən qədim alban məbədində Pasxa bayramı qeyd olunacaq
  • Mahal
  • 11 May 2021 09:10
  •  7 635

Alban-udi icması Ağoğlana gedir

açın rayon ərazisində yerləşən qədim alban məbədində Pasxa bayramı qeyd olunacaq

Mənəvi Dəyərlərin Təbliği Fondunun ve Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə işğaldan azad olunan Laçın rayonuna səfər təşkil olunub.

Fonddan verilən məlumata görə, səfərdə məqsəd Laçın rayon ərazisində yerləşən qədim alban məbədi olan Ağoğlan monastırında olmaq, Pasxa bayramını qeyd etməkdir.

Pasxa bayramı münasibəti ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının üzvləri və mətbuat nümayəndələri iştirak edir.

Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən. V-VI əsrlərə aid bazilikadır. Monastirin Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastiri da özününküləşdirməyə çalışıb. hətta adını dəyişib "Sisernavank" qoyublar Monastirin divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox edərək ərazini tərk ediblər

Xatırladaq ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

AzNews.az