Hadisə Göranboyun Quşçular kəndində baş verib Hadisə Göranboyun Quşçular kəndində baş verib
  • Mahal
  • 18 May 2021 23:07
  •  9 206

Atasını avtomobillə vurub öldürən sürücü ilə atasını maşınla VURDU

Hadisə Göranboyun Quşçular kəndində baş verib

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Quşçular kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub.

Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub.

Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır