Hadisə rayonun Gülməmmədli kəndində baş verib Hadisə rayonun Gülməmmədli kəndində baş verib
  • Mahal
  • 8 İyun 2021 22:46
  •  7 878

Cəlilabadda üç uşaq suda batıb

Hadisə rayonun Gülməmmədli kəndində baş verib

Cəlilabad rayonunda üç azyaşlı suda boğulub.

Aznews.az xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində baş verib.

İlkin məlumata görə, azyaşlılar ehtiyatsızlıqdan suya yıxılıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.

Nazirlikdən verilən məlumata görə, axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.