Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ancaq.... Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ancaq....
  • Mahal
  • 15 İyun 2021 23:26
  •  5 121

Qaxda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - VİDEO

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ancaq....

Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

AzNews.az xəbər verir ki , hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.