Meyit aidiyyəti üzrə təhvil verilib Meyit aidiyyəti üzrə təhvil verilib
  • Mahal
  • 18 İyun 2021 11:37
  •  4 992

Arazda batan şəxsin meyiti tapıldı

Meyit aidiyyəti üzrə təhvil verilib

Saatlıda çayda batan şəxsin axtarışı sona çatıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 60 yaşlı Cahangirov Tehmir Namaz oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.