Abidədə və postamentdə əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunub Abidədə və postamentdə əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunub
  • Mahal
  • 30 İyul 2021 13:59
  •  5 262

Ağdaşda Nizami Gəncəvinin abidəsi ətrafında bərpa işləri aparılıb

Abidədə və postamentdə əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Ağdaş Regional Mədəniyyət idarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif səpkili silsilə tədbirlər davam etdirilir.

AzNews.az xəbər verir ki, eyni zamanda “Nizami ili” çərçivəsində keçirilmiş mədəni kütləvi tədbirlərlə yanaşı, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsində və ətrfında təmizlik, bərpa və yenidənqurma işləri aparılıb.

Belə ki, abidədə və postamentində əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunaraq yenidən rənglənmiş, abidənin ətrafında abadlıq işləri həyata keçirilib.

image description image description image description image description image description