• Mahal
  • 1 Avqust 23:15
  •  2 413

Yük maşınları toqquşdu, sürücü öldü

Biləsuvarda ağır yol qəzası baş verib

Biləsuvarda yük avtomobilləri toqquşub, sürücülərdən biri ölüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib

Salyan rayon sakini Yasər Ağahüseyn oğlu Qafarovun idarə etdiyi "KamAZ" və "MAN" markalı yük avtomobilləri toqquşub, ikincinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Toqquşma nəticəsində aşan "KamAZ"-ın sürücüsü ilə birgə sərnişinləri - Gülağa Əliyev və Böyükağa Miriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.