DİN məlumat yayıb DİN məlumat yayıb
  • Mahal
  • 5 Avqust 2021 16:24
  •  5 003

Göyçayda toy təşkilatçıları cərimələnib

DİN məlumat yayıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qaraxıdır kəndində Teymur Həmidov və Dəyanət Səlimova məxsus evlərdə keçirilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.