Naziri "STEAM" Mərkəzində yaradılmış şəraitlə tanış olub Naziri "STEAM" Mərkəzində yaradılmış şəraitlə tanış olub
  • Mahal
  • 22 Sentyabr 2021 10:16
  •  5 066

Təhsil naziri Gəncədə "STEAM" Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Naziri "STEAM" Mərkəzində yaradılmış şəraitlə tanış olub

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək "STEAM" Mərkəzinin açılışında iştirak edib.

Təhsil naziri "STEAM" Mərkəzində yaradılmış şəraitlə tanış olub.

09.32

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılışında iştirak edib.

Tədbirdə E.Əmrullayevlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak edirlər.

09.13

Təhsil naziri Emin Əmrullayev Gəncəyə səfər edib.

Nazir səfər çərçivəsində Gəncə şəhərində Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək "STEAM" Mərkəzinin, Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın və Gəncə Dövlət Universitetinin yataqxana kompleksinin açılışlarında iştirak edəcək. (report)