Baş memar Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur Baş memar Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur
  • Mahal
  • 11 Noyabr 2021 20:35
  •  8 159

Salyanın baş memarı barədə cinayət işi başlanıb

Baş memar Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur

Salyan rayon İcra Hakimiyyətinin baş memarı barəsində cinayət işi başlanıb.

Aznews.az xəbər verir ki, Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur.

Baş memar barəsində Cinayət Məcəlləsinin Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan cinayət işinin ibtidai istintaq başa çatdırılıb və materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.