Füzuli rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində “İnnovasiya Festivalı” keçirilib Füzuli rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində “İnnovasiya Festivalı” keçirilib
  • Mahal
  • 8 Dekabr 2021 17:28
  •  7 325

Füzulidə "İnnovasiya Festivalı" keçirilib

Füzuli rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində “İnnovasiya Festivalı” keçirilib

AzNews.az nazirliyə istinadən xəbər verir ki, sərgidə nazirliyə məxsus “Aqroservis” ASC aqrar sahədə istifadə olunan müasir innovativ texnikaları nümayiş etdirib.

Səhmdar cəmiyyətinin əməkdaşları sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verib, maarifləndirmə işləri görüb.

Festivalda rotorlu otbiçən hidravlik, daş xırdalayan, gübrəsəpən 800 lt, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.

Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir.

Həmçinin tədbirdə yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib. Bitki zərərvericilərinə qarşı bioloji mübarizə vasitəsi olan feremonlu tələlər, axınlı şan tipli bal arısı yeşikləri nümayiş etdirilib, soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib keçirilib. Tədbirdə iştirak edən fermerlərə torpaq, su və digər resurslara qənaət etməklə fasiləsiz olaraq ilin bütün fəsilləri üçün yaşıl yem əldə etməyin səmərəliliyi barədə məlumatlandırılıblar.

Festivalın digər regionlarında da davam etdiriləcəyi nəzərdə tutulur.

image description image description image description image description image description