Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb
  • Mahal
  • 20 Yanvar 2022 23:59
  •  5 169

Neftçalada yeniyetmə itkin düşüb

Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb

Neftçalada 12 yaşlı məktəbli itkin düşüb.

Aznews.az xəbər verir ki, rayonun Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov APA-ya bildirib ki, Neftçala rayonu 1-ci Mayak kənd sakini Günel Lətifova yanvarın 20-də Rayon Polis Şöbəsinə müraciət edərək, dünən saat 18:00 radələrində oğlu, 2006-cı il təvəllüdlü R.Lətifovun yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

Daxil olan məlumat üzrə axtarış elan olunub. Hazırda itkin düşmə faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.