Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb
  • Mahal
  • 21 Yanvar 2022 13:48
  •  4 807

"Yolumuzqarabaga.az" portalı istifadəyə verildi

Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb

Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.

Portalda vətəndaşlara 3 müxtəlif məkandan çıxış imkanı təqdim edilib.

Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.

Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.

Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.

Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat müəyyən edilib.

Bundan əlavə Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə səfərlər də nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanı işləmədiyi üçün hələlik həmin istiqmaətdə reyslər aktiv deyil.

Bu istiqmatdə isə biletin qiyməti 6 manat olacaq.

Qeyd edək ki, müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.