• Mahal
  • 20 May 19:07
  •  4 577

Mingəçevirdə “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir.

Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri iştirak etmişdir.

İlk öncə tədbir iştirakçıları “Şuşa İli” ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirmiş, Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc şair Emil Xanlarovun “Xalqın Xidmətçisi” və “Böyük Qayıdış” kitabları ilə yaxından tanış olmuşdur..

Tədbirdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestri Koroğlu operasından uvertura, Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən ibarət Üzeyir Hacıbəylinin “ Ey vətən”, şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin “İnci” xor kollektivi “Ana vətən” mahnılarını ifa etmiş, eyni zamanda musiqi və incəsənət məktəblərinin müəllimlərinin ifasında rəngarəng musiqilər səsləndirilmiş, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin “Banu” rəqs qrupu çıxış etmişdir.

Tədbirin sonunda Şuşanın tarixi və mədəni həyatından bəhs edən videoçarx nümayiş olunub.

image description image description