Doğma kəndinə, ata yurduna qovuşan jurnalist evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib Doğma kəndinə, ata yurduna qovuşan jurnalist evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib
  • Mahal
  • 16 İyul 2022 10:31
  •  5 498

Tanınmış jurnalist 29 ildən sonra doğma kəndində

Doğma kəndinə, ata yurduna qovuşan jurnalist evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib

Tanınmış jurnalist İmdad Əlizadə 29 illik həsrətdən sonra doğma Laçın torpağına ayaq basıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, İ.Əlizadə, anası, bacısı və qardaşları uzun illərdirdən sonra doğulub boya-başa çatdıqları Oğuldərə kəndinə gediblər.

Doğma kəndinə, ata yurduna qovuşan jurnalist evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib.

Ermənilər işğal dövründə digər yaşayış məntəqələri kimi, Oğuldərə kəndində də daşı-daş üstündə qoymayıb, evləri dağıdaraq yandırıblar.

İ.Əlizadənin ailəsinin 29 il əvvəl məcburi tərk etdikləri ikimərtəbəli evlərini düşmən viran qoyub.

O söyləyib ki, Ermənistan silahlı qüvvələri 1993-cü ildə kəndi işğal edəndə onun 13 yaşı olub. Jurnalist bildirib ki, həmin ilin mart ayının 31-də ailə üzvləri ilə birlkdə Ömər aşırımını aşaraq xilas olub, lakin atası Əli Əliyev 54 gün erməni mühasirəsində qalıb.

Qeyd edək ki, Laçın rayonunun Oğuldərə kənd sakini, yazıçı-publisist Əli Əliyev və daha 18 nəfər 1993-cü ilin aprel-may aylarında Laçın-Kəlbəcər ərazisində mühasirədə qalıblar. Həmin ərazilərdən hazırladığımız reportaj yaxın günlərdə yayımlanacaq. Səfərin təşkilatçısı “Global Media Group”dur.

Xatırladaq ki, Laçının oğuldərə kəndi 1993-cü ilin mart ayının 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir. Laçının 80 minə yaxın əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir.

Xatırladaq ki, 1993-cü ilin mart ayının 30-dan may ayının 23-dək 19 nəfər - Ə. Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəlov Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.

Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də vəfat edib.