Baş Prokurorluq məlumat yayıb Baş Prokurorluq məlumat yayıb
  • Mahal
  • 24 Avqust 2022 17:35
  •  3 961

Baş Prokurorluq Ağalıda konfrans keçirib

Baş Prokurorluq məlumat yayıb

Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, konfransda Baş Prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən məlumat təsdiq edilib.