- Mahal
- 17 Yanvar 13:48
- 2 397
Xaçmazda 40 yaşlı kişi intihar edib

Xaçmaz sakini intihar edib.
Aznews.az "Report"-a istinadən xəbər verir ki, hadisə Qımılqışlaq kəndində baş verib.
Belə ki, 1983-cı il təvəllüdlü Şahmuradov Rövşən Baloğlan oğlu yaşadığı evdə özünü asıb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.