Avropa İttifaqı (Aİ) Suriyaya yardım və onun qonşuları tərəfindən münaqişənin təsiri ilə mübarizəyə 2016-cı ildə 3 milyard avrodan çox vəsait ayıracaq. Avropa İttifaqı (Aİ) Suriyaya yardım və onun qonşuları tərəfindən münaqişənin təsiri ilə mübarizəyə 2016-cı ildə 3 milyard avrodan çox vəsait ayıracaq.

Aİ Suriya münaqişəsi ilə bağlı - 3 milyard ayrıldı

Avropa İttifaqı (Aİ) Suriyaya yardım və onun qonşuları tərəfindən münaqişənin təsiri ilə mübarizəyə 2016-cı ildə 3 milyard avrodan çox vəsait ayıracaq.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Londonda kecirilən "Suriyaya və regiona dəstək" konfransında bəyan edib.

D.Tusk qeyd edib ki, Aİ Suriya böhranı ilə mübarizəyə artıq 4 milyard avro xərcləyib: "Və biz indi daha çox vəsait təqdim etməyə hazırıq. Bəyan etməkdən şadam ki, Avropa İttifaqı və üzv ölkələr Suriya, İordaniya, Liviya və Türkiyəyə 3 milyard avrodan çox vəsaiti təqdim edəcək".

ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Birləşmiş Ştatlar Suriya qaçqınlarına yardım məqsədilə 925 milyon dollar ayıracaq: "Bu günə kimi ABŞ Suriya qaçqınlarına və Suriyada yaşayanlara kömək qismində 4,5 milyard dollar ayırıb".