Hillarini əvəzləyəcək namizədlər bəlli oldu

ABŞ Dövlət katibi Hillari Klintonun yerinə kimlərin namizəd olacağı bəlli olub. AzNews.az-ın The Washington Times-a istinadən verdiyi məlumata görə, ən şanslı namizəd demokrat senator Con Kerri və BMT-dəki səfir Syuzan Raysdır.

Bu siyahıya milli təhlükəsizlik məsələləri üzrə müşavir Tom Donilon da daxil edilib. Ehtimal edilir ki, Obama bu önəmli vəzifəni demokrat namizədlərdən birinə tapşıracaq.

Onların arasında partiyanın keçmiş üzvü Çaku Xaqel, senator Riçard Luqar ən şanslılardan hesab edilir.

Sadiq Musa
AzNews.az