İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub. İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.

İraqda terror - 64 nəfər həlak oldu

İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, maşın polis postu yaxınlığında partladılıb.

Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir.