- Köhnə - Dünya
- 6 Mart 2016 23:21
- 3 160
ABŞ-ın keçmiş birinci xanımı vəfat etdi
ABŞ-ın eks-prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan 94 yaşında vəfat edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, Reyqanın ölümünü onun ailə üzvləri təsdiqləyib.
Qeyd olunur ki, Nensi Reyqan son illər Los-Ancelesdə yaşayıb, onun səhhəti getdikcə pisləşirdi. O, öz evində ürək çatışmazlığından ölüb.
Keçmiş birinci xanım ərinin yanında, Simi-Vellidə Ronal Reyqan adına prezident kitabxanasının ərazisində dəfn olunacaq.