- Köhnə - Dünya
- 22 Mart 2016 12:54
- 4 300
Brüsseldə terror - 2 partlayış oldu, 17 nəfər öldü (Yenilənib 2)
Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Zaventem hava limanında 2 partlayış baş verib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror aktı hesab edilən partlayış nəticəsində ən az 12 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, partlayışlardan biri apronda, digəri isə terminal binasında baş verib. Hadisə şahidlərindən birinin sözlərinə görə, partlayışlardan biri "American Airways"in bürosunun yerləşdiyi yerin yaxınlığında olub.
Partlayışdan sonra hava limanının qarşısındakı otel xəstəxanaya çevrilib. Yaralıların müalicəsi burada aparılır. Hava limanındakı sərnişinlər təhlükəsiz yerlərə aparılıblar.
12:05
***
AzNews.az xəbər verir ki, Brüssel aeroportunda baş verən partlayışlarda 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Partlayışlardan sonra bütün reyslər ləğv edilib.
12:15
***
AzNews.az xəbər verir ki, son məlumata görə, Brüsseldə baş verən partlayış nəticəsində 17 nəfər ölüb, 25 nəfər yaralanıb.
Aydan Axundova