- Köhnə - Dünya
- 28 Mart 2016 10:56
- 5 092
Daha bir təyyarə qəzası – Ön şassilər açılmadı (Video)
Qazaxıstanda “Bek Air” avia şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Qızılorda-Astana reysi ilə hərəkət edən təyyarə ön şassilərindəki texniki nasazlığa görə qəzalı eniş edib. Məlumata görə şassilərin dayaqlarında nasazlıq olub. Buna görə də təyyarə ön şassiləri olmadan eniş edib. Lakin eniş zamanı yanğın baş verməyib.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov da qəzanı təsdiqləyib. Onun sözlərinə görə, qəza nəticəsində xəsarət alan olmayıb. Qəzalı enişlə əlaqədar Astana hava limanı bir neçə saat bağlanıb.
Aydan AXUNDOVA