- Köhnə - Dünya
- 30 Mart 2016 23:42
- 4 320
Obama Ərdoğanla görüşə bilməyəcək
ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda nüvə təhlükəsizliyi sammiti çırçivəsində rəsmi görüş keçirə bilməyəcək.
AzNews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
Onun sözlərinə görə, cümə axşamı-cümə günləri ABŞ prezidenti Vaşinqtondakı nüvə təhlükəsizliyi sammitində çox məşğul olacaq.
"Dünya liderləri burada (sammitdə) cəmi iki gün qalacaqlar və onlar 50 nəfərdirlər. Görünür ki, bu ABŞ prezidentinə onların hər biri ilə görüşmək imkanı verməyəcək", - Ernest deyib.
Bundan əlavə Ağ evin mətbuat katibi Obama və Ərdoğanın vaxt tapıb qısa bir söhbət edəcəklərinə əminliyini vurğulayb.