“Egyptair” aviaşirkətinə məxsus А320 sərnişin təyyarəsi ilə bağlı daha bir məlumat yayılıb. “Egyptair” aviaşirkətinə məxsus А320 sərnişin təyyarəsi ilə bağlı daha bir məlumat yayılıb.

Sərnişin təyyarəsi itkin düşdü - Göyərtəsində 66 nəfər var (Yenilənib 2)

“Egyptair” aviaşirkətinə məxsus А320 sərnişin təyyarəsi ilə bağlı daha bir məlumat yayılıb.



AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözgüedən təyyarə öncə də texniki nasazlığa görə təcili eniş etməli olub.

Belə ki, 2013-cü ildə təyyarə İstanbula doğru hərəkət edərkən texniki nasazlıq baş verib. Təcili eniş etməli olan təyyarənin mühərriklərindən birinin yandığı müəyyən edilib.

Onu da bildirək ki, təyyarədə 66 nəfərin olduğu dəqiqləşdirilib. Məlumata görə, onlardan 56-sı sərnişin, 7 nəfər heyət üzvü, 3 nəfər isə təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

***
10:15

İtkin düşən təyyarədəki sərnişinlərin hansı ölkələrin vətəndaşları olduğu müəyyən edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 15 fransız, 30 Misir vətəndaşı, 1 Britaniya vətəndaşı, 1 Belçika vətəndaşı, 2 iraqlı, 2 Küveyt vətəndaşı, 1 Səudiyyə Ərəbistanı, bir Sudan vətəndaşı, 1 Çad, 1Portuqaliya, 1 Əlcəzair və 1 Kanada vətəndaşı var.

***
09:13

"Egyptair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi itkin düşüb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Parisdən Qahirəyə doğru hərəkət edən təyyarə Yunanıstan hava sərhədinə daxil olduqdan 20 dəqiqə sonra radardan itib.

Təyyarənin göyərtəsində 56 nəfərin olduğu bildirilir. Onlardan 3-ü uşaq, 10-u isə heyət üzvüdür.

Təyyarənin Aralıq dənizinə düşdüyü ehtimal edilir.

Aydan AXUNDOVA