Dünya Bankı Ermənistana vəsait ayırdı

Dünya Bankı Kəlbəcərə yol çəkilişi üçün Ermənistana maliyyə yardımı ayırıb.


Bu barədə ölkənin Nəqliyyat və Rabitə nazirliyi məlumat yayıb. Nazirlikdən bildirib ki, 25 gündən sonra Martuni- Vardenis- Sotk maqistralının (M-11) 6,5-11,1-ci kilometrliyində əsaslı təmir işlərinə başlanılacaq.

Nazirlikdən bildirib ki, qeyd edilən yolun yenidən qurulması 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına həyata keçiriləcək və əsaslı təmir olunacaq yol "həyati əhəmiyyətə malik" yollar siyahısına daxil edilib.

Yolun əsaslı təmiri üçün artıq müsabiqə elan edilib, təfərrüatları Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyinin rəsmi saytından öyrənmək olar.

Müəyyən edilmiş prosedura əsasən, 25 gündən sonra yolun əsaslı təmirinə start veriləcək", - deyə nazirliyin məlumatında bildirilir.

Təmir ediləcək həmin sahə Qarabağla Ermənistanı birləşdirir və strateji əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək üçün nazirliklə əlaqə saxlamağa çalışılsa da, bu hələlik mümkün olmayıb.


Anspress.com