Məşhur aparıcının evində axtarış aparıldı


AzNews.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, məşhur aparıcı Maksim Qalkininn Qryaz kəndindəki imarətində axtarış keçirilib. Deyilənlərə görə, o, evində dostlarını başına yığaraq gizli kazino oyunları təşkil edib.

M.Qalkinin vəkili isə bildirir ki, məşhur yumoristin bağında heç bir oyunlar keçirilmir. "Hər hansı pullu oyunun təşkilini təsdiqləyən fakt üzə çıxmayıb. Polislər sahiblərin evdə olmamasından istifadə edərək bağ evinə gizli yolla daxil olublar. Onlar oyun avtomatlarının işlək vəziyyətdə olub-olmamasını belə yoxlamayıblar", - deyə vəkil bildirib.

Hazırda hüquq müdafiəçisi Qalkinin evinə qeyri-qanuni daxil olma və artistin imicinə xələl gətirə biləcək yanlış məlumatın yayılmasına dair iddia qaldırmağı düşünür.

İnci
AzNews.az