Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatları dəqiqləşdirir. Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatları dəqiqləşdirir.

Fransada ölən və yaralananlar arasında azərbaycanlı var?

Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatları dəqiqləşdirir.


Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Azərbayacanın Xarici İşlər Nazirliyindən də verilən məlumata görə, yerli hakimiyyət orqanları ilə araşdırma aparılır.

XİN hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Yerli Fransa mətbuatına istinadən verilən məlumata görə, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplananlara atəş açılıb.

Anspress.com