Obamanın atalarından biri vəfat etdi

Noyabrın 29-da ABŞ-da 2008-ci ildə prezidentliyə namizəd Barak Obamanın mənəvi atası olan hindu qəbiləsinin başçısı Hartford Sonni - Qara Qartal vəfat edib.

Məlumata görə, 72 yaşlı "prezident atası" emfizema və pnevmoniyadan əziyyət çəkib.

2008-ci ildə Montana ştatına seçkiqabağı səfəri zamanı Barak Obama qəbiləyə üzv seçilib və bununla bağlı xüsusi mərasim keçib. Qəbilədə ona "bütün dünyada insanlara kömək edən" adı verilib. Lakin ad çox uzun olduğundan, Obama və onun ailəsi qəbilə daxilində "Qara Qartal" "soyadını" götürüb.

Barak Obamanın "qardaşı", qəbilə başçısının oğlu qeyd edir ki, atası ABŞ prezidentinin mənəvi atası olduğundan qürur duyurdu. Lakin heç vaxt bundan istifadə etmirdi.

Barak Obamanın bu kədərli xəbəri necə qəbul etdiyi haqda məlumat verilmir.

İnci
AzNews.az