Vatikandan İsrailə zərbə

Vatikan BMT-nin Fələstinə "xüsusi müşahidəçi dövlət" statusu verməsi münasibətilə Fələstin dövlətinə təbrik məktubu göndərib.
AzNews.az-in məlumatına görə, Vatikan Qüdsə xüsusi statusun verilməsini tələb edib.

Məktubda deyilir ki, Fələstinə verilən status Vatikanla eynidir: "Biz Qüdsün müqəddəs şəhər olaraq qorunmasını və burada olan müqəddəs yerlərə insanların sərbəst daxil olması üçün şərait yaradılmasını istəyirik. Bunun üçün beynəlxalq zəmanət verilməlidir. Vatikan hələ 2000-ci ildə Fələstin Qurtuluş Təşkilatı ilə qarşılıqlı münasibətlərə dair müqavilə imzalayıb".

Məktubda həmçinin qeyd olunur ki, İsrail 1980-ci ildə Qüdsü işğal edərək öz paytaxtı elan etsə də, beynəlxalq cəmiyyət bu addımı qəbul etməyib: "İsrail Qüdslə bağlı beynəlxalq tələblərə məhəl qoymur. Fələstinlilər isə paytaxtı Şərqi Qüds olan bir dövlət qurmaq istəyirlər".

Vasif Həsənli
AzNews.az