Qırğızıstan prezidenti Almazbek Atambayev bir il sonra istefa verəcəyini açıqlayıb. Qırğızıstan prezidenti Almazbek Atambayev bir il sonra istefa verəcəyini açıqlayıb.

Qırğızıstan prezidenti vəzifəsindən gedəcək

Qırğızıstan prezidenti Almazbek Atambayev bir il sonra istefa verəcəyini açıqlayıb.


AzNews.az xəbər verir ki, 2011-ci ildə Qırğızıstan prezidenti seçilən Almazbek Atambayevin prezidentlik müddəti 2017-ci ilin sonunda bitəcək.

"Bu gün mənim prezident olmağımdan 6 il ötür. Vaxt tez ötür. Mənə elə gəlir ki, qırğız xalqının köməliyi ilə biz çox şey əldə etdik. Hazırda bizim başqa ölkəmiz var. Bir il sonra mən vəzifəmdən gedəcəm. Və artıq bir neçə il sonra bizim görüyümüz işlər göz qabağında olacaq."-deyə qırğız lider bəyan edib.

Atambayev qeyd edib ki, növbəti prezidentin kim olacağını bilmir: "Amma əsas odur ki, ölkəni geriyə aparmasın. Prezidentliyə namizədlər çox olacaq. Bu məni sevindirir, deməli, biz demokratik ölkə yarada bilmişik. Mən artıq bir neçə namizədi görmüşəm. Hələ ki, adlarını çəkmək istəmirəm. "