- Köhnə - Dünya
- 6 Dekabr 2016 10:39
- 6 992
Kılıçdaroğlunun baş müşaviri həbs edildi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul FETÖ üzvü olmaqda ittiham edilərək saxlanılıb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fatih Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb.
Onun Fətullahçı terror qruplaşmasının internetdə istifadə etdiyi "ByLock" proqramının istifadəçisi olduğu deyilir, bu səbəbdən onun Ankaradakı evində axtarış aparılır.