Paris və Belçikada terror aktlarını təşkil etmiş İŞİD komandirləri Suriyada məhv edilib Paris və Belçikada terror aktlarını təşkil etmiş İŞİD komandirləri Suriyada məhv edilib

Yüzlərlə adamın həyatına bais olan İŞİD komandirləri məhv edildi

Paris və Belçikada terror aktlarını təşkil etmiş İŞİD komandirləri Suriyada məhv edilib


APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib. Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.

Əməliyyat dekabrın 4-də Rəqqa şəhəri yaxınlığında keçirilib. Üçüncü məhv edilmiş terrorçu Valid Həmmam Belçikada 2015-ci ildə qarşısı alınmış terror aktının təşkilatçısı olub.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.