Himn oxunan zaman ayağa qalxmayanlar həbs olundu

Hindistanda kinoteatrda himn oxunan zaman ayağa qalxmayan 12 nəfər həbs edilib.


AzNews.az The Guardian nəşrinə istinadən xəbər verir ki, Hindistanda beynəlxalq kino festivalında dövlət himni səslənərkən ayağa qalxmayan şəxslər cəzalandırılıb.

Kerala ştatının polisi bildirib ki, saxlanılan bütün şəxslər girov qarşılığında sərbəst buraxılıb.

1971-ci ildə qəbul olunan qanuna görə, milli atrubuta hörmət etməyənlər cəzalandırılır.