Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın nizama salınması üzrə ABŞ-la danışıqları “nəticəsiz əyləncə məclisi” hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın nizama salınması üzrə ABŞ-la danışıqları “nəticəsiz əyləncə məclisi” hesab edir.

“ABŞ-la danışıqlar “nəticəsiz əyləncə məclisi”dir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın nizama salınması üzrə ABŞ-la danışıqları “nəticəsiz əyləncə məclisi” hesab edir.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Lavrov "Gələcək naminə dialoq" illik elmi-marifləndirici proqramın iştirakçıları ilə görüşü zamanı bildirib.

"Əlaqələr saxlanılır. Lakin hər dəfə hər hansı məsələylə bağlı razılaşdıqda, amerikanlar artıq əldə olunmuş razılışmadan kənar çəkilirlər. Sentyabrda da, dekabrın əvvəlində də belə oldu. Bizə mühazirə oxuyurlar və deyirlər: "Rusiya dəhlizləri razılaşdırmağı təklif edir ki, işğalçılar oradan çıxsın. Əvvəlcə dərhal hərbi fəaliyyəti dayandırmaq lazımdır. Artıq bir neçə gün sonra belə dəhlizləri yaratmaq olar."

"Nə İraq, nə Liviya, nə də, xüsusilə, Yəməndə heç kəs danışıqlar masasına oturmadan əvvəl dərhal hərbi əməliyyatların dayandırılmasını, bir və ya iki həftə tam sükut yaradılmasını tələb etmir. Suriyada isə tələb edirlər"-deyə rusiyalı nazir qeyd edib.

Lavrovun sözlərinə görə, Suriyada sükut rejiminin tətbiqedilməsini tələb etmək işğalçıların güclərini toplaması və əlavə dəstək alması məqsədi daşıyır.

Aydan AXUNDOVA