Yunanıstanda səhiyyə işçiləri etiraz əlaməti olaraq Səhiyyə nazirliyinin qarşısına divar hörüblər. Yunanıstanda səhiyyə işçiləri etiraz əlaməti olaraq Səhiyyə nazirliyinin qarşısına divar hörüblər.

Etiraz- Nazirliyin binasının qabağına divar hördülər

Yunanıstanda səhiyyə işçiləri etiraz əlaməti olaraq Səhiyyə nazirliyinin qarşısına divar hörüblər.


AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, maaşları azaldılan və qeyri-kafi iş şəraitinə etiraz edən 500 nəfərə yaxın səhiyyə işçisi paytaxt Afinada nazirliyin qabağına toplaşıb.

"Azaltmalar sağlamlığa ziyandır" şüarı ilə dinc aksiya keçirən işçilər tələblərini dilə gətiriblər.

Artıq 7 ilə yaxındır ki, maliyyə böhranından çıxa bilməyən Yunanıstan hökuməti ictimai xərclərə məhdudiyyətlər tətbiq edir. Xəstəxanaların bir çoxunda kütləvi ixtisarlar baş verib.