Rusiyanın Pskov vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb. Rusiyanın Pskov vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb.

Rusiyada ağır yol qəzası - 5 nəfər öldü, 8 nəfər xəsarət aldı

Rusiyanın Pskov vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb.


APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin region üzrə İdarəsinin saytında yerləşdirilən xəbərdə bildirilir ki, Sankt-Peterburq-Nevel yolunda "Mazda" markalı avtomobil qarşı yola çıxaraq "Renault" markalı yük maşını ilə toqquşub.

Beş nəfər hadisə yerində ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

AzNews.az