ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub. ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub.

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum – Səfirlik bağlandı

ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub.


ABŞ-ın Ankaradakı səfirliyi bu gün bağlı qalacaq. AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, bir nəfər silahlı şəxs ABŞ-ın Ankaradakı səfirlyinə hücum edib. Terroçu yaxalanıb.

Artıq ABŞ Dövlət Departamenti hücum faktını təsdiqləyib. ABŞ-ın Ankaradakı səfirliyi hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı və Adanadakı konsulluğu bu gün bağlı qalacaq və heç bir iş aparılmayacaq."

Xatırladaq ki, ABŞ-ın səfirliyinə hücumdan bir neçə saat əvvəl Rusiyanın Ankaradakı səfiri Andrey Karlova silahlı hücum olub. Nəticədə rusiyalı səfir dünyasını dəyişib.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, ABŞ-ın hazırkı prezidenti Barak Obama, yeni seçilmiş prezident Donald Tramp və Dövlət Katibi Con Kerri birgə Rusiyanın Ankaradakı səfirinin öldürülməsini müzakirə ediblər.