Moskvada İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib. Moskvada İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib.

Stalinin nəvəsi vəfat etdi

Moskvada İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib.


AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 80 yaşlı Cuqaşvilinin ölüm səbəbi hələ ki məlum deyil.

Yevgeni Cuqaşvili 1936-cı ildə Stalinin böyük oğlu Yakovun ailəsində anadan olub. Gənc yaşlarından hərbi sahəyə marağı olan Cuqaşvili hərb tarixi ilə maraqlanaraq namizədlik dissertasiyası müdafiə edib. Bundan sonra o, uzun illər hərbi akademiyada dərs deyib. 55 yaşında polkovnik Cuqaşvili Silahlı Qüvvələri tərk edib.

1991-ci ildən kommunist hərəkatının fəalı kimi Rusiya və Gürcüstan siyasətində iştirak edib.

AzNews.az