ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün xeyriyyə fondunu bağlayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün xeyriyyə fondunu bağlayıb.

Tramp xeyriyyə fondunu bağladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün xeyriyyə fondunu bağlayıb.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Nyu York prokurorluğunun barəsində araşdırmaya başladığı fondun fəaliyyətini dayandırması ilə bağlı Tramp özü məlumat verib.

Yanvarın 20-də rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp xeyriyyə işlərinə bundan sonra da davam edəcəyini deyib: "Prezidentlik vəzifəmin icrası vaxtı hər hansı qarşıdurma ehtimalından yayınmaq üçün bu addımı atdım. Amma bundan sonra ehtiyacı olanlar üçün yardımlarımı başqa yollarla da olsa davam etdirəcəm".