Britaniya nəşri “Daily Mail” 2016-cı ilin ən tərbiyəsiz məşhurlarının adını açıqlayıb. Britaniya nəşri “Daily Mail” 2016-cı ilin ən tərbiyəsiz məşhurlarının adını açıqlayıb.

2016-cı ilin ən tərbiyəsiz məşhurları - Keyt Midlton, Castin Tryudo, şahzadə Harri

Britaniya nəşri “Daily Mail” 2016-cı ilin ən tərbiyəsiz məşhurlarının adını açıqlayıb.

AzNews.az jurnalın rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın şahzadəsi Uilyam və və həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton qeyri-dəqiq məşhur kimi seçiliblər. Belə ki məşhur cütlük sentyabrda Kanadaya rəsmi səfər zamanı tədbirlərdən birinə gecikiblər.

“Ən pis salamlaşma” nominasiyası üzrə “qalib” prins Corcla salamlaşma zamanı əl-ələ vurmaq istəyən Kanada Baş naziri Castin Tryudo olub.

“Ən pis vərdiş” nominasiyası üzrə amerikan müğənni Britni Spirs seçilib. O, saqqıza olan sevgisi ilə fərqlənib.

Kral ailəsinin daha bir nümayəndəsi şahzadə Harri “uşaq arabasından ən yaxşı oyuncaq tullayan” tituluna layiq görülüb. Şahzadə 2016-cı ilin əvvəllərində jurnalistlərə göstərdiyi etirazına görə bu titulu qazanıb.

Uimbldon üzrə çempionatda kişilər arasında qalib gələn idmançı Endi Mürrey "nəzakətsizlik" çempionu olub. O, qadınlar arasında çempionu ilk rəqsə dəvət etməyə dair çempionatın ənənəsinə əməl etməkdən imtina etdiyi üçün bu titula layiq görülüb. Həmin vaxt qadınlar arasında qalib Serena Uilyams olub.

Aydan