Sonuncu dəfə diplomatı dörd gün öncə axşam görüblər. Sonuncu dəfə diplomatı dörd gün öncə axşam görüblər.

Yunanıstanın səfiri itkin düşdü

Sonuncu dəfə diplomatı dörd gün öncə axşam görüblər.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb. Sonuncu dəfə diplomatı bazar ertəsi günü, axşam görüblər.

Şəhər polisi yunan səfirin yerini bilənlərdən hüquq-mühafizə orqanlarıyla əlaqə saxlamağı xahiş edib.

Amiridis digər diplomatlar kimi, paytaxt Braziliada işləyir. Rio-de-Janeyroya isə milad və yeni il tətilini keçirməyə gedib. Bu haqda diplomatın xanımı məlumat verib.