Sirkdə heyvanlara qadağa qoyulmasını Ekologiya Nazirliyi dəstəkləyib. Sirkdə heyvanlara qadağa qoyulmasını Ekologiya Nazirliyi dəstəkləyib.

Ukrayna sirki heyvanlarla nümayişlərdən imtina etdi

Sirkdə heyvanlara qadağa qoyulmasını Ekologiya Nazirliyi dəstəkləyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Ekologiya və Təbii Sərvətlər Nazirliyi sirk çıxışlarında heyvanlardan istifadənin qadağan olunması haqqında qanunu dəstəkləyir.

Nazirlik heyvanların haqlarının müdafiəsinin xeyrinə qərar çıxarıb və tezliklə heyvanlarla humanist rəftar haqqında qanun üzərində işləyəcəyinə söz verib.

Bu təşəbbüsə əsas səbəb sirklərdə heyvanlarla amansız rəftardır. Xüsusən pələnglər, şirlər və ayıların düşdüyü vəziyyət baytarlıq-sanitar normalarına uyğun gəlmir.