İsrailin Baş Naziri Beynamin Netanyahu korrupsiyada İttiham olunaraq istinaqa cəlb ediləcək. İsrailin Baş Naziri Beynamin Netanyahu korrupsiyada İttiham olunaraq istinaqa cəlb ediləcək.

Netanyahu istintaqa ifadə verəcək- 26 min dollarlıq korrupsiyayla bağlı

İsrailin Baş Naziri Beynamin Netanyahu korrupsiyada İttiham olunaraq istinaqa cəlb ediləcək.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkədəki biznemlər İsrail hökümət başçısı və ailəsinə 26 min dollar dəyərində hədiyyələr verib.

İsraildəki telekanallardan bir neçəsi dindirilmənin bu gün İsrail Baş Nazirinin iqamətgahında başa tutacağı barədə xəbərlər yayıblar.

Artıq İsrail polisi faktla bağlı şahid dindirilməsinin olduğunu bəyan edib. Belə ki, ABŞ-da yaşayan yəhudi əsilli biznesmen Ron Lauder Netanyahuya bahalı kostyumun da daxil olduğu bir neçə hədiyyə bağışladığını, həmçinin, Baş Nazirin oğlunun xaricdə istirahətini maliyyələşdirdiyini də etiraf edib.

İsrail polisi hədiyyələrin Lauderin etirafından daha bahalı olduğundan şübhələnir.

Beynamin Netanyahu isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib:

"İrəli sürülən bütün ittihamlar sübutsuzdur. Araşdırmaların heç bir nəticəsi olmayacaq."