Rusiya Səhiyyə Nazirliyi tütün məmulatlarının satışı ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Rusiya Səhiyyə Nazirliyi tütün məmulatlarının satışı ilə bağlı yeni qanun layihəsi hazırlayıb.

2014-cü ildən sonra doğulanlara siqaret satışı qadağan olunur

Rusiya Səhiyyə Nazirliyi tütün məmulatlarının satışı ilə bağlı yeni qanun layihəsi hazırlayıb.

AzNews.az xəbər verir ki, yeni qanun layihəsinə görə, Rusiyada 2015 və sonrakı illərdə doğulan şəxslərə tütün məmulatlarının satışı qadağan olunacaq. Əgər qanun layihəsi təsdiq olunsa, ölkədə siqaret çəkənlərin 25% azalacağı ehtimal olunur.

Maraqlıdır ki, 2014-cü ildən sonra doğulan şəxslərə 18 yaşına çatdıqdan sonra da tütün məmulatları satılmayacaq. Qanun layihəsi 2033-cü ilə qədər olan dövrü əhatə edir. Bundan başqa, tütün məmulatlarının komunal mənzillərdə, bütün növ avtomobil nəqliyyatında, beynəlxalq sərnişindaşınmalarda, ictimai nəqliyyat dayancaqlarında və bura 3 metr məsafədə də siqaret çəkilməsinin qadağan olunması nəzərdə tutulub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Rusiyada 15 yaşında yeniyetmələr arasında siqaret çəkilməsi halları artıb.