Türkiyənin Aydın vilayətindən olan 69 yaşlı Hasan Efe 8500 kibrit çöpündən istifadə edərək məscid maketi düzəldib. Türkiyənin Aydın vilayətindən olan 69 yaşlı Hasan Efe 8500 kibrit çöpündən istifadə edərək məscid maketi düzəldib.

Kibrit çöplərindən 4 minarəli məscid düzəltdi - Foto

Türkiyənin Aydın vilayətindən olan 69 yaşlı Hasan Efe 8500 kibrit çöpündən istifadə edərək məscid maketi düzəldib.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 26 il sürücü kimi çalışan Efe təqaüdə çıxdıqdan sonra Atatürkün portretini, müxtəlif maketlər, ağacdan Quran üçün qutular hazırlayıb.

Jurnalistlərə bildirdiyinə görə, indiyə qədər 50 müxtəlif incəsənət nümunəsi hazırlayıb. Hazırladığı əşyaları satmır, yalnız hədiyyə verir.

"Fatma Gelin Camisi" adlandırdığı 4 minarəli məscid maketini hazırlamaq üçün 3 ay vaxt və 8500 kibrit çöpü sərf edib. 69 yaşlı təqaüdçünün sözlərinə görə, bu məscid üçün xeyli əmək sərf edib.