Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tədqiqatlarına görə, pul qazanmaq bacarığı hələ ana bətnində formalaşır. Məlum olduğu kimi, əgər şəhadət barmağı adsız barmaqdan qısadırsa, deməli, insan bətndaxili inkişaf prosesində güclü testosteron təsirinə məruz qalıb. Alimlər müəyyən ediblər ki, belə insanlar çox vaxt maliyyə uğuru qazanırlar. Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tədqiqatlarına görə, pul qazanmaq bacarığı hələ ana bətnində formalaşır. Məlum olduğu kimi, əgər şəhadət barmağı adsız barmaqdan qısadırsa, deməli, insan bətndaxili inkişaf prosesində güclü testosteron təsirinə məruz qalıb. Alimlər müəyyən ediblər ki, belə insanlar çox vaxt maliyyə uğuru qazanırlar.

Bu insanlar daha çox pul qazanır - Əgər barmaqları...

Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tədqiqatlarına görə, pul qazanmaq bacarığı hələ ana bətnində formalaşır. Məlum olduğu kimi, əgər şəhadət barmağı adsız barmaqdan qısadırsa, deməli, insan bətndaxili inkişaf prosesində güclü testosteron təsirinə məruz qalıb. Alimlər müəyyən ediblər ki, belə insanlar çox vaxt maliyyə uğuru qazanırlar.

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, tədqiqatda yaşı 25-60 arasında olan 2 min adam iştirak edib. Mütəxəssislər könüllülərin barmaqlarının uzunluğunu ölçüblər. Sonra iştirakçılar gəlir səviyyəsi barədə suallara cavab veriblər. Tədqiqatçılar nəticələrə təsir göstərə biləcək amilləri nəzərə alıblar. Məlum olub ki, qadınların şəhadət və adsız barmaqları arasında nisbət nə qədər kiçikdirsə, onların pul qazanmaq bacarığı bir o qədər güclüdür.

Müəyyən edilib ki, şəhadət barmağı adsız barmağından qısa olan güclü cinsin nümayəndələrinin gəlir səviyyəsi yüksəkdir. Şəhadət barmağı adsız barmağından uzun olan kişilər arasında yalnız təhsil səviyyəsi yüksək olanlar seçiliblər. Onlar da yaxşı pul qazanıblar.