ABŞ-ın Alaska Airlines aviaşirkətində çalışan Shelia Fedrick sərnişinlərdən birinin həyatını xilas etməklə bir anda ölkəsində əsl qəhrəmana çevrilib. ABŞ-ın Alaska Airlines aviaşirkətində çalışan Shelia Fedrick sərnişinlərdən birinin həyatını xilas etməklə bir anda ölkəsində əsl qəhrəmana çevrilib.

Stüardessa təyyarədə yeniyetmənin həyatını xilas etdi - Film kimi hadisə - Fotolar

ABŞ-ın Alaska Airlines aviaşirkətində çalışan Shelia Fedrick sərnişinlərdən birinin həyatını xilas etməklə bir anda ölkəsində əsl qəhrəmana çevrilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Sietldan San-Fransiskoya uçuş zamanı Şelia 14-15 yaşlı qızcığazın özünü qəribə aparmasını hiss edib. Sanki qız özünü itirmiş və çox həyəcanlı halda idi. Onun yanında səliqəli formada geyinmiş orta yaşlı kişi əyləşib.

Stüardessa qızla danışmağa çalışanda, onun suallarına kişi cavab verməyə başlayıb. Bu zaman Şelia yeniyetmənin qulağına tualetə getməyi və problemi vərəqə yazmağı pıçıldayıb. Yeniyetmə buna əməl edib. Məlum olub ki, qızcığaza kömək lazımdır.

Özünü itirməyən stüardessa pilota, daha sonra San-Fransisko polisinə məlumat çatdırıb. Təyyarə eniş edən kimi kişini həbs ediblər. Məlum olub ki, o, insan alveri ilə məşğuldur.

Şelianın ani diqqət göstərməsi ilə, qızın həyatı xilas olur. Hazırda o, öz əvvəlki normal həyatına qayıdıb, kollecə gedir.