Yunanıstanın Saloniki şəhərində 250 kq-lıq II Dünya müharibəsinə aid ingilis aviabombası tapılıb. Yunanıstanın Saloniki şəhərində 250 kq-lıq II Dünya müharibəsinə aid ingilis aviabombası tapılıb.

72 min adam təxliyə edilir - aviabombaya görə

Yunanıstanın Saloniki şəhərində 250 kq-lıq II Dünya müharibəsinə aid ingilis aviabombası tapılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aviabomba yanacaqdoldurma stansiyasında təmir işləri ilə əlaqədar qazıntı aparılarkən aşkar edilib.

Bomba tapılan ərazidən 2 km radiusda yaşayan əhali ərazidən uzaqlaşdırılır. Mütəxəssislər partladıcını ərazidən xüsusi qurğularla götürərək, uzaq paliqonda zərərsizləşdirəcəklər.